Sensemi DMCC
Keyfiyyətə Nəzarət Üzrə Menecer
Son tarix 09 noy 2025 - [email protected]
İstehsal Sahəsi: Qaz və Elektrik Sayğacları, Elektrik Avtomatları
İş Öhdəlikləri:
- İstehsalda keyfiyyət standartlarına uyğun bütün sənədləşmə və prosedurların həyata keçirilməsini təmin etmək.
- Keyfiyyət nəzarəti, yoxlama və sınaq proseslərinə nəzarət etmək.
- Risk qiymətləndirməsi aparmaq, cari riskləri idarə etmək və gələcək riskləri proqnozlaşdırmaq.
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və qarşısının alınması tədbirlərini həyata keçirmək.
- Məhsulun sertifikatlaşdırılması və standartlaşdırılması proseslərini təşkil etmək və ona nəzarət etmək.
- Bütün məhsullar üçün ardıcıl və yüksək keyfiyyət standartlarını təmin etmək.
Namizəddən Tələblər:
- Təhsil: Mühəndislik (Elektrik, Elektronika, Mexanika və s. texniki sahələr) üzrə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür.
- İş təcrübəsi: İstehsalat sahələrində Keyfiyyətə Nəzarət üzrə minimum 5 il təcrübə.
- Yaş məhdudiyyəti; 30-40
Sertifikatlar:
- ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) sertifikatı mütləq tələbdir.
- ISO 14001, ISO 45001 və ya digər peşəkar sertifikatlar üstünlükdür.
Bacarıqlar:
- Normativ və konstruktor sənədlərini anlamaq.
- İstehsal olunan məhsulun texnologiyasını bilmək.
- Məhsulun standartlara uyğun nəzarət parametrlərini, nəzarət qaydalarını və ölçmə vasitələrindən istifadəni bacarmaq.
- Məhsulun xarici qüsur əlamətlərini tanımaq və sinifləşdirmək.
- Mükəmməl təşkilatçılıq bacarıqları (planlaşdırma, vaxtın idarə edilməsi, yazışma qaydaları).
- Dil bilikləri: Azərbaycan dili (ana dili səviyyəsində); İngilis və ya Rus dillərindən biri üstünlükdür.
Biz Təklif Edirik:
- Əmək haqqı (xalis): 1400 AZN.
- Nahar və servis xidməti.
- Davamlı inkişaf
- Peşəkar və sabit iş mühiti.
İş Rejimi:
- İş günləri: Həftədə 5 gün
- İş saatları: 09:00 – 18:00
- Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Texnologiyalar Parkı (STP 2)
Maraqlandığınız təqdirdə,CV-nizi mövzu hissəsində "Keyfiyyətə Nəzarət Üzrə Menecer" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin: