Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək filialında Mikro kreditləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə Sədərək/Mikro_kredit qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mikro biznes müştəriləri departamenti
Vəzifə: Mikro kreditlər üzrə təcrübəçi / kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri
Vəzifə öhdəlikləri:
• Biznes müraciətlərinin təhlili
• Təhkim olunmuş kredit portfelinin idarə edilməsi
• Biznes görüşlərinin təşkili
• Müştəri şəbəkəsinin genişləndirilməsi
Tələblər:
• Ali təhsil
• Ünsiyyət qurmaq bacarığı
• Riyazi biliklər
• Komandada işləmək bacarığı
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Könüllü tibbi sığorta proqramına qoşulma
• Yığım sığortasına qoşulma imkanı
• Müasir idarəetmə sistemi və mehriban kollektiv