SƏBA
Hüquqşünas
Son tarix 01 sen 2022 - [email protected]
Əmək haqqı 800-1000 manat
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin adından məhkəmədə nümayəndə kimi iştirak etmək və məhkəmə işlərini aparmaq, icra şöbələri ilə işləmək;
- Cəmiyyətin dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə təmsil etmək;
- Cəmiyyət üçün müqavilələri azərbaycan, rus və ingilis dilində hazırlamaq, həmçinin, təqdim edilən müqavilə layihələrinə rəy vermək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
- Cəmiyyətdə keçirilən iclaslarda iştirak etmək və protokollar hazırlamaq;
- İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.
Namizədə tələblər:
- Ali hüquq təhsili;
- Ən az 3 il iş təcrübəsi (məhkəmədə və ya digər dövlət orqanlarında olması arzuolunandır);
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər;
- Azərbaycan, ingilis və rus dillərini əla bilmək.
- Bəy namizədlərə üstünlük veriləcəkdir.
Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla və vakansiyanın adı ilə adlandıraraq, zəhmət olmasa, elektron ünvanına göndərərdiniz.
Yalnız CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Baş hüquqşünas
Son tarix 01 sen 2022 - [email protected]
Əmək haqqı 1200-1500 manat
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə korporativ idarəetmə ilə əlaqədar daxili qaydalar, prosedurlar hazırlamaq;
- Cəmiyyətin adından məhkəmədə nümayəndə kimi iştirak etmək və məhkəmə işlərini aparmaq, icra şöbələri ilə işləmək;
- Cəmiyyətin dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
- Cəmiyyətdə dövlət orqanları tərəfindən aparılan yoxlamalarda iştirak etmək:
- Cəmiyyət üçün müqavilələri azərbaycan, rus və ingilis dilində hazırlamaq, həmçinin, təqdim edilən müqavilə layihələrinə rəy vermək;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı məktub, ərizə və şikayətləri qanunvericiliyin tələblərinə uyğun hazırlamaq;
- Cəmiyyətdə keçirilən iclaslarda iştirak etmək və protokollar hazırlamaq;
- Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri hazırlamaq;
- İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.
Namizədə tələblər:
- Ali hüquq təhsili;
- Ən az 5 il iş təcrübəsi ( məhkəmədə və ya digər dövlət orqanlarında olması arzuolunandır);