SƏBA
Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis
Son tarix 07 yan 2023 - [email protected]
Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi
Hesabat verir: şöbə müdirinə.
Vəzifə:Daxili audit və Nəzarət Depertamenti, Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis
İş yeri: “Səba” ASC
Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi
Hesabat verir: şöbə müdirinə
Tabeçilikdə işçi: Yoxdur
Namizədə tələblər:
- Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar üzrə təhsili olması arzu olunandır
- İSO 9001:2015, İSO 22000, İSO 17025 və HACCP standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
- Qida istehsalı sahəsində, Keyfiyyətə nəzarət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsinin olması arzu olunandır
- Rus və İngilis-dilini bilməsi arzu olunandır
- Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
- MS Office programları (Word? Excell? Power-Point? Outlook)
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
- İstehsalat intizamının möhkəmləndirilməsi;
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
- Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
- Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
- Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
- Keyfiyyətə nəzarət planının,prosedurların,forma və aktların hazırlanması;
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
- Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
- Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.