Sea Breeze Resort & Residences
Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis
Son tarix 11 apr 2026 - [email protected]
“Nardaran İnvest” MMC Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis vakansiyasını elan edir!
Şirkətimiz tikinti və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza su təchizatı, kanalizasiya və drenaj sistemlərinin layihələndirilməsi sahəsində təcrübəli lahiyəçi mühəndis axtarır.
Vəzifə öhdəlikləri:
- Müxtəlif təyinatlı bina və qurğular üçün su təchizatı, kanalizasiya, yağış suları və drenaj sistemlərinin, o cümlədən yanğın su təchizatı sistemlərinin layihələndirilməsi
- Layihələr üzrə hidravlik hesablamaların aparılması və texniki həllərin hazırlanması
- Layihə rəsmlərinin, texniki sxemlərin və layihə-smeta sənədlərinin (BoQ) hazırlanması
- AutoCAD və digər mühəndis proqramlarında layihələrin işlənməsi və yenilənməsi
- Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması
- Texniki hesabatların hazırlanması və layihə sənədlərinin sistemləşdirilməsi
- Layihələrin təqvim planına uyğun icrasına nəzarət, gecikmələrin qarşısının alınması və layihə prosesinin mütəmadi monitorinqi
- Tikinti prosesi zamanı layihə üzrə texniki dəstəyin göstərilməsi və nəzarətin həyata keçirilməsi
- Podratçı təşkilatlardan layihə-smeta sənədləri üzrə rəylərin alınması, iradların aradan qaldırılması və layihənin müvafiq qurumlarda müdafiəsinin təmin edilməsi
Namizədə dair tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil
- Su təchizatı və kanalizasiya sistemləri üzrə nəzəri və praktiki biliklər
- AutoCAD proqramını yaxşı səviyyədə bilmək
- Layihə sənədlərinin hazırlanması bacarığı
- Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi
- İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək
- Gərgin iş şəraitində və qısa müddətli tapşırıqları effektiv şəkildə yerinə yetirmək bacarığı
- Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq
Üstünlük veriləcək:
- Civil 3D və ya Revit proqramları üzrə biliklər
- Müvafiq sahədə iş təcrübəsi
Təminatlar:
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək
- İş qrafiki: 5/2, 09:00–18:00
- İş yerinə Koroğlu metrostansiyasından servis xidməti
- Nahar ilə təmin olunma
- Könüllü tibbi sığorta
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Yüksək Gərginlik və Günəş Enerji (Solar) Sistemləri üzrə mühəndis
Son tarix 11 apr 2026 - [email protected]
“Nardaran İnvest” MMC Yüksək Gərginlik və Günəş Enerji (Solar) Sistemləri üzrə mühəndis vakansiyasını elan edir.
Şirkətimiz enerji və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza yüksək gərginlik elektrik sistemləri və günəş enerji (solar) layihələrinin layihələndirilməsi sahəsində təcrübəli mühəndis axtarır.
Vəzifə öhdəlikləri:
- Yüksək gərginlik elektrik xətləri və enerji təchizatı sistemlərinin layihələndirilməsi;
- Günəş enerji (solar) sistemlərinin layihələndirilməsi və texniki hesablamaların aparılması;
- Elektrik sxemlərinin, layihə rəsmlərinin və texniki sənədlərin hazırlanması;
- Avadanlıq və materialların seçilməsi və texniki spesifikasiyaların hazırlanması;
- Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması;
- Layihə sənədlərinin hazırlanması və sistemləşdirilməsi;
- Layihələrin təqvim planına uyğun icrasına nəzarət və layihə prosesinin monitorinqi;
- Layihələrin icrası zamanı texniki dəstəyin göstərilməsi və tikinti prosesinə nəzarət.
Namizədə dair tələblər:
- Energetika, elektrik mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Yüksək gərginlik elektrik sistemləri üzrə bilik və iş təcrübəsi;
- Günəş enerji (solar) sistemləri üzrə nəzəri və praktiki biliklər;
- AutoCAD və ya digər layihələndirmə proqramlarını bilmək;
- Texniki sənədlərlə işləmək bacarığı;
- Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi;
- İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək;
- Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq.
Üstünlük veriləcək:
- Enerji layihələri üzrə iş təcrübəsi;
- PV sistemlərinin layihələndirilməsi üzrə bilik və təcrübə.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
- İş qrafiki: 5/2, 09:00–18:00;
- İş yerinə Koroğlu metrostansiyasından servis xidməti;
- Nahar ilə təmin olunma;
- Könüllü tibbi sığorta.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












