Sea Breeze Construction
Satınalma üzrə mütəxəssis
Son tarix 27 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
Strateji İdarəetmə və Nəzarət:
- Satınalma strategiyasının hazırlanması, idarə edilməsi və həyata keçirilməsi;
- Şirkət daxili satınalma prosedur və əmrlərinə riayət olunmasına nəzarət;
- Etibarlı podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinə rəhbərlik və nəzarət;
- Daxili və xarici bazarların araşdırılması mexanizminin təşkili və idarə olunması.
Satınalma Prosesinin İdarə Edilməsi:
- Mal-material və ya xidmətlərin tələblərə uyğun təşkilinin sona çatdırılması;
- Podratçı və tədarükçülərin performansının analizi;
- Satınalma prosesini vaxtında və prosedurlara uyğun təşkil və icra etmək;
- Təchizat sifarişlərinin təşkili və idarə olunması, həmçinin müvafiq hesabatların hazırlanması.
Tikinti və Təchizat Təcrübəsi:
- Tikinti-istismar üzrə satınalma və təchizat prosesində praktiki təcrübənin tətbiqi;
- Təchizatla bağlı ödənişlərin, qərarların təsdiqlənməsi və hesabatlarının hazırlanması.
Təchizatçı və Tender İdarəçiliyi:
- Təchizatçı bazasının hazırlanması, təhlili və tenderlərin təşkil edilməsi;
- Məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılması.
Hüquqi və Müqavilə İdarəçiliyi:
- Müqavilələrin hazırlanması, həyata keçirilməsi və nəzarətdə saxlanılması;
- Müqavilə şərtlərinin hüquq şöbəsi ilə razılaşdırılması.
Xüsusi Tələblər:
Təhsil və Dil Bilikləri:
- Ali təhsil (müvafiq sahə üstünlükdür);
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili üstünlükdür.
İş Təcrübəsi və Sertifikatlar:
- Ən az 3 il satınalma sahəsində iş təcrübəsi;
- Müvafiq sahədə sertifikatların mövcudluğu üstünlükdür.
Texniki Bacarıqlar:
- MS Office (Word, Excel, PowerPoint, 1C, AutoCad) proqramlarında işləmə bacarığı.
Şəxsi Bacarıqlar:
- Məsuliyyətli, dəqiq və çalışqan olmaq;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı;
- Problemləri həll etmə və təhlil etmə qabiliyyəti.
Əmək haqqı:
- İlkin 1500 AZN (net);
- Əmək haqqı görüş əsasında müzakirə oluna bilər.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.