Sea Breeze Resort & Residences
Hüquqşünas
Son tarix 16 may 2026 - [email protected]
Nardaran İnvest MMC Hüquqşünas vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrasına nəzarət
- Hüquqi rəylərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İddia ərizələri, şikayətlər və digər hüquqi sənədlərin hazırlanması
- Daxili prosedur və qaydaların hazırlanması, təkmilləşdirilməsi və hüquqi uyğunluğunun yoxlanılması
- Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi
- Şirkət əməkdaşlarına hüquqi məsələlər üzrə məsləhətlərin verilməsi
- Korporativ sənədlərin hazırlanması və hüquqi baxımdan yoxlanılması
Tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür)
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının qanunvericiliyini dərindən bilmək və praktik tətbiq bacarığı
- Güclü analitik düşünmə, hüquqi təhlil və problem həll etmə bacarıqları
- Məsuliyyətli, dəqiq və detallara diqqətli yanaşma
- Komanda ilə işləmək bacarığı
- MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı
- Rus dili biliyi mütləqdir, ingilis dili biliyi üstünlükdür
Əlavə məlumat:
- İş yeri: Sea Breeze Resort
- İş qrafiki: 5 günlük iş həftəsi
- Təminatlar: Nəqliyyat və qidalanma şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.














