Sea Breeze Resort & Residences
Komendant (Rezidensiyalar üzrə)
Son tarix 06 mar 2026 - [email protected]
İşin təsviri:
- Rezidensiya ərazisinin təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
- Rezidensiya ərazisində aparılan təmir və texniki işlərin icrasına nəzarət etmək;
- Aşkarlanmış texniki və digər qüsurlar üzrə qüsur aktlarının tərtib edilməsi və rəhbərliyə təqdim olunması;
- Rezidentlərin müraciətlərini operativ şəkildə qəbul etmək, yaranmış problemlərlə dərhal maraqlanmaq və həllini təmin etmək;
- Rezidentlərlə gündəlik ünsiyyətin düzgün və peşəkar şəkildə qurulmasını təmin etmək;
- Aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və iş prosesinin fasiləsizliyini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Təcrübə və bacarıqlar:
- Ali və ya orta ixtisas təhsili (üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (üstünlükdür);
- Azərbaycan, rus və ingilis dillərini ən azı orta səviyyədə bilmək;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Rezident və qonaqlarla ünsiyyətdə nəzakətli, səbirli və məsuliyyətli olmaq;
- Yüksək ünsiyyət və problem həll etmə bacarıqları;
- Stressə davamlılıq və çevik qərarvermə qabiliyyəti;
- Növbəli iş qrafiki ilə işləmək imkanı.
İş şəraiti:
- İş günləri: həftədə 5 gün, növbəli iş qrafiki;
- Əməkhaqqı: 1000 AZN (netto);
- İş yeri: Sea Breeze Resort / Nardaran qəsəbəsi;
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur;
- Sabit iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən xahiş olunur:
- CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər;
- Mövzu hissəsində “Komendant (Rezidensiya üzrə)” qeyd etsinlər.
Qeyd: Namizədlər ilkin CV seçimi mərhələsindən keçiriləcək və yalnız uyğun namizədlərlə e-mail və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq, müsahibəyə dəvət ediləcəklər.











