Sara Invest Holding
Baş mühasib
Son tarix 24 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Vergi orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim edilməsi, ƏDV depozit hesabı ilə ödəmələr və s.;
- Statistika Müəssisəsinə uyğun hesabatların hazırlanması və təqdim edilməsi;
- Şirkətin maliyyə dövriyyəsinə nəzarət;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesabatların hazırlanması;
- Bank sənədlərin açılması, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi;
- Kassa üzrə əməliyyatların aparılmasına nəzarət;
- Kassa əməliyyatlarının sistemdə işlənməsi;
- Vəzifə icrası ilə bağlı digər işlər
Tələb və bacarıqlar:
- Təhsil dərəcəsi: Maliyyə-Mühasibatlıq, Iqtisadiyyat və ya bənzər sahə üzrə Ali təhsil
- Əlavə təlim sertifikasiyası: ACCA, CFA kimi beynəlxalq sertifikatlar arzuolunandadır
- Xarici dil bilikləri: Rus dili
- İş təcrübəsi: Minimum 3 il
- İşgüzar bacarıqlar: Çeviklik, qərar vermə qabiliyyəti, ünsiyyətcil, məsuliyyətli.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş vaxtı 9.00-dan 18.00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı razılaşma əsasında
Uyğun namizədlər CV-lərini email ünvanına göndərə bilər.