Samadov Law & Audit
Aparıcı mühasib
Son tarix 25 may 2024 - [email protected]
Əmək haqqı: 1000-1200
Tələblər:
- Ali təhsilli (Maliyyə, İqtisadiyyat , Mühasibat) ;
- Mühasibat uçotu sahəsində minimum 2 illik təcrübə;
- Ədv, Ömv və Mənfəət vergi bəyənnamələrini sərbəst şəkildə təqdim etməyi bacarmalı;
- E-taxes.gov.az portalından istifadə etmək bacarığı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Komandada işləmək bacarığı;
- 1C 8.3, BTP, EFP proqramlarından istifadə qaydalarını bilməli;
- Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
- Konsaltinq təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.
Vəzifə Borcları:
- Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirmək (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu) ;
- Şirkətində istifadə olunan 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
- Məhsulların (iş, xidmətlərin) maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar eetmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
- Bank əməliyyatlarının həyata keçirir;
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunmasında və göndərilməsini həyata keçirir;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir;
- Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra etmək;
- Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsini icra etmək.
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Aparıcı mühasib” qeyd edərək göndərə bilərlər.