Safe Line LLC
Mühasib köməkçisi
Son tarix 16 fev 2026 - [email protected]
İş barədə məlumat:
- Mühasibat sənədlərinin toplanması, sistemləşdirilməsi və arxivləşdirilməsi.
- Qaimə, hesab-faktura və digər ilkin sənədlərin düzgün hazırlanmasına kömək.
- Bank və kassa əməliyyatlarının sənədləşdirilməsində mühasibə dəstək.
- Mühasibat proqramına (BOKT proqramına, Excel və s.) məlumatların daxil edilməsində iştirak.
- Vergi və sosial ödənişlər üzrə sənədlərin hazırlanmasına yardım.
- Müştəri və təchizatçılarla hesablaşmaların izlənməsində iştirak etmək.
- Mühasibat şöbəsinin daxili qaydalarına uyğun sənədlərin vaxtında təqdim olunması.
- Baş mühasibin göstərişlərinə uyğun gündəlik işlərin icrası
Tələblər:
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Yaş: 22 - 32
- Cins: Qadın
- Excel və ofis proqramları ilə işləmə bacarığı.
- Dəqiqlik, məsuliyyətlilik və öyrənməyə açıq.
- Komanda ilə işləmə bacarığı.
- Sərbəst şəkildə düzgün müxabirləşmə yığma bacarığ
Əməkhaqqı - 600 Azn
Qeyd: Təcrubəsi olmayan cv atmasın.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.










