SAF Pharma LLC
Mühasib
Son tarix 28 apr 2025 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00
- Əmək haqqı: 1000 - 1500 AZN
Öhdəlikləri:
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
- Bank əməliyyatları (mədaxil və məxaric)
- Kassa əməliyyatları
- Tender üçün sənədlərin hazırlanması
- İnventarizasiya prosesinin həyata keçirilməsi
- Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
- Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, Vahid bəyannamə, mənfəət vergisi hesabatı)
- Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
Vəzifəyə tələblər:
- Təhsil – Ali (mühasibatlıq, maliyyə və uyğun istiqamətlər üzrə)
- Təcrübə - minimum 3 il (müvafiq sahə üzrə)
- Vergi və əlaqəli qanunvericiliyi bilmək
- Riyazi məntiq
- Rus dili
- Analitik təhliletmə qabiliyyəti
- Detallara diqqət
- Məsuliyyətlilik
- Dəqiqlik
- Etibarlılıq
Vakansi