Sabah Investment Group
Baş Mühasib
Son tarix 22 sen 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması və hesabatlılığın təmin olunması.
- Tikinti/istehsalat layihələrinə dair xərclərin və gəlirlərin uçotu.
- Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması.
- Bank əməliyyatları, kassa və avansların idarə olunması.
- Layihə üzrə smeta və faktiki xərclərin müqayisəsi, maliyyə analizlərinin aparılması.
- Subpodratçı və təchizatçılarla hesablaşmaların uçotu. Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul axını və s.) hazırlanması.
- Mühasibatlıq komandasının fəaliyyətinə rəhbərlik və nəzarət.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə).
- Minimum 3 il tikinti və ya istehsalat sahəsində iş təcrübəsi.
- Azərbaycan Respublikası mühasibat və vergi qanunvericiliyi üzrə dərin biliklər.
- İngilis dili bilikləri (oxuma, yazma və danışıq səviyyəsində).
- MS Excel üzrə yüksək səviyyədə biliklər (formullar, pivot, makrolar üstünlükdür).
- ERP sistemləri ilə işləmək bacarığı (1C, ve digər).
- Analitik düşüncə və idarəetmə bacarığı.
Şərtlər:
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul.
- Stabil əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək).
- Karyera və peşəkar inkişaf imkanı.
- Rahat və dinamik iş mühiti.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.