Sabah Investment Group
Baş Mühasib və Maliyyə Direktorunun Mavini
Son tarix 07 iyn 2025 - Müraciət et
İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan
- Əmək haqqı: Müsahibə əsasında rəqabətli (təcrübəyə uyğun)
- İş rejimi: Tam ştat, 5 günlük iş qrafiki
Vəzifənin məqsədi:
- Xarici biznes tərəfdaşlarla işləməyi bacaran, iri həcmli yaşayış komplekslərinin maliyyə və mühasibatlıq idarəetməsində təcrübəli peşəkar axtarırıq. Vəzifə sahibindən həm əməliyyat mühasibatlığına rəhbərlik, həm də maliyyə planlama və hesabatlarda strateji dəstək gözlənilir.
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması və maliyyə əməliyyatlarının düzgün qeydiyyatı;
- Vergi, DSMF, Statistika Komitəsi və digər dövlət orqanlarına aylıq/rüblük/illik hesabatların hazırlanması və təqdim edilməsi;
- 1C proqramı və digər mühasibat sistemləri vasitəsilə gündəlik əməliyyatların icrası;
- Gəlir və xərc sənədlərinin təhlili və düzgün uçota alınması;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması və sənədləşdirilməsi
- Audit yoxlamalarına hazırlıq və onlarda aktiv iştirak
Maliyyə Direktorunun Köməkçisi funksiyaları:
- Maliyyə direktorunun gündəlik tapşırıqlarında dəstək olmaq;
- Maliyyə hesabatlarının hazırlanması və təhlillərin aparılması;
- Büdcə planlaması, icrası və faktiki xərclərin müqayisəli təhlilində iştirak;
- Tikinti layihələri üzrə maliyyə axınlarının izlənilməsi və analiz edilməsi;
- Bank ödənişlərinin təşkili və nağdsız əməliyyatların icrası;
- Şirkətdaxili maliyyə axınlarının optimallaşdırılmasına dair təkliflərin verilməsi;
- Tikinti layihələri üzrə uçotun aparılması və obyekt xərclərinin idarə olunması.
Namizədə dair tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil
- Tikinti və ya oxşar sahədə minimum 5 illik müvafiq iş təcrübəsi
- Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə dərin biliklər
- 1C, Microsoft Excel və digər ofis proqramlarında peşəkar işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyətli və dəqiq işləmə vərdişi
- Komandada işləmə və müstəqil qərarvermə bacarığı
- Yüksək təşkilatçılıq və işə peşəkar yanaşma
- Dil bilikleri üstünlükdür (ingilis və rus dili)
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.