RS GLOBAL MMC
Baş anbardar
Son tarix 05 okt 2025 - [email protected]
Tələblər:
- Yaş həddi – 25 – 40
- Cins – Kişi
- Təhsil - Ali
- Microsoft Oficce proqramlarını üstün səviyyədə bilmək
- Sahə üzrə ən az 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri
- Anbara girişlərin və çıxışların qeydiyyatının düzgün şəkildə aparılması
- İstehsalatdan hazır məhsul anbarına daxil olan məhsulların sayımına və anbara yerləşdirilməsinə nəzarət
- Hər gün xammal, yarımfabrikat və hazır məhsul anbarının qalıqlarının siyahısını satınalmaya və satış rəhbərinə təqdim etmək.
- Həftədə 1 dəfə anbar sayımını həyata keçirmək
- Xammal və hazır məhsul anbarlarında məhsulların çeşidlərə və kateqoriyalarına görə səliqəli şəkildə yığılmasına nəzarət etmək
- Satınalmayla birgə anbardakı xammal və yarımfabrikatlara limit sayın təyin olunması və limit saya yaxınlaşan xammalların sifarişinin keçilməsinə dair Satınalmaya günlük yekunların təqdim olunması.
- Satış olunan şirkətlərə ategoların və tırların yüklənməsində açotu düzgün şəkildə aparmaq və qaiməyə məhsul saylarının düzgün və dəqiq şəkildə yazılmasını birbaşa həyata keçirmək.
- Anbara daxil olan xammal alışlarının qaimədə göstərilən miqdar və məbləğdə düzgün əks olunduğuna birbaşa nəzarət etmək.
İş şəraiti
- Əməkhaqqı: - 800 azn start əmək haqqıdır. (RƏSMİ)
- İşə yanaşma tərzinə görə növbəti aylarda maaş artımı olacaq.
- Ünvan - Bakı, Aşağı Güzdək qəs, RS GLOBAL MMC (yaxın ərazilərdə yaşayan namizədlərin müraciətinə üstünlük veriləcək)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.