RS GLOBAL MMC
Anbardar
Son tarix 22 noy 2025 - İ[email protected]
Namizədə tələblər:
- Yaş həddi: 25-40
- Cins - kişi
- Təhsil - Ali
- Microsoft Oficce proqramlarını üstün səviyyədə bilmək
- Logix proqramını bilmək (vacibdir)
- Sahə üzrə ən az 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Anbara girişlərin və çıxışların qeydiyyatının düzgün şəkildə aparılması
- İstehsalatdan hazır məhsul anbarına daxil olan məhsulların sayımına və anbara yerləşdirilməsinə nəzarət
- Hər gün xammal, yarımfabrikat və hazır məhsul anbarının qalıqlarının siyahısını satınalmaya və satış rəhbərinə təqdim etmək.
- Ayda 1 dəfə anbar sayımını həyata keçirmək
- Xammal və hazır məhsul anbarlarında məhsulların çeşidlərə və kateqoriyalarına görə səliqəli şəkildə yığılmasına nəzarət etmək
- Satınalmayla birgə anbardakı xammal və yarımfabrikatlara limit sayın təyin olunması və limit saya yaxınlaşan xammalların sifarişinin keçilməsinə dair Satınalmaya günlük yekunların təqdim olunması.
- Satış olunan şirkətlərə ategoların və tırların yüklənməsində açotu düzgün şəkildə aparmaq və qaiməyə məhsul saylarının düzgün və dəqiq şəkildə yazılmasını birbaşa həyata keçirmək.
- Anbara daxil olan xammal alışlarının qaimədə göstərilən miqdar və məbləğdə düzgün əks olunduğuna birbaşa nəzarət etmək.
İş şəraiti:
- MAAŞ: - 1000 azn start əmək haqqıdır.
- İşə yanaşma tərzinə görə növbəti aylarda maaş artımı olacaq.
- Ünvan - Bakı, Aşağı Güzdək qəs, RS GLOBAL MMC (yaxın ərazilərdə yaşayan namizədlərin müraciətinə üstünlük veriləcək)
İş rejimi:
- Tam iş günü (6 günlük iş rejimi)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.