Roof Academic Training
Xaricdə təhsil üzrə mütəxəssis
Son tarix 19 apr 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Universitet və təqaüd proqramlarının axtarılıb tələbənin göstəricilərinə uyğun tərtib edilməsi
- Universitet və təqaüd proqramlarına müraciət edilməsi
- Müraciət zamanı motivasiya və referans məktublarının yazılması
- Universitet yataqxanasına müraciət və viza müraciətinə dəstək göstərmək
Tələblər:
- Kompüterdən və axtarış motorlarından istifadə edə bilmək
- Detallara əhəmiyyət vermək
- Akademik yazı bacarıqlarının olması böyük üstünlükdür
- Müvafiq sahə üzrə iş təcrübəsi olması üstünlükdür
- Azərbaycan dilini səlis bilmək
- İngilis dili tələbi: Upper-intermediate - B2
- MC Office proqramlarında işləmə bacarığı
Xüsusi qeydlər:
- Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması
- İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq
- Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək
- Səbrli, məsuliyyətli və punktual olmaq
Sizə nə təklif edirik:
- Gənc və dinamik komanda
- Pozitiv və motivasiyalı mühit
- İş prosesində yerli və beynəlxalq təcrübə
- Öyrənmə və inkişaf perspektivləri
Şərtlər:
- Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
- İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi- Cümə 09:00-18:00, Şənbə 16:00-dək
- İstirahət günü: həftənin bazar günü
- Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq
Maraqlanan namizədlər mövzu hissəsində “Xaricdə təhsil üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Marketing Manager
Son tarix 19 apr 2026 - [email protected]
Vəzifənin Məqsədi:
- Roof Academic Training üçün bütün müştəri dövriyyəsini əhatə edən strateji, satış yönümlü marketinq təşəbbüslərinə rəhbərlik etmək və onların icrasını təmin etmək. Bu vəzifə kiçik marketinq komandasına rəhbərlik edəcək, həmçinin rəqəmsal və oflayn marketinq fəaliyyətlərini ölçülə bilən biznes nəticələrinə fokuslanmaqla əlaqələndirəcək.
Əsas Vəzifə və Öhdəliklər:
- Brend məlumatlılığı, lead yaradılması, müştəri cəlbi, iştirakçılığı və saxlanmasını əhatə edən ümumi marketinq strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək
- Rəqəmsal kampaniyalar, kontent strategiyası, brend mövqeləndirməsi və tradisional marketinq təşəbbüsləri daxil olmaqla bütün marketinq fəaliyyətlərinə rəhbərlik etmək
- Daxili marketinq komandasını və frilanserləri (məs., rəqəmsal marketinq mütəxəssisi, kopirayter, və s.) idarə etmək və dəstəkləmək
- Müştəri ehtiyaclarını, brend imicini və rəqiblərin mövqeyini anlamaq üçün rüblük bazar araşdırmaları etmək və nəticələri marketing strategiyanın formalaşdırılmasında istifadə etmək
- Əməliyyat və akademik komandalarla sıx əməkdaşlıq edərək konversiyaya yönəlmiş kampaniyalar yaratmaq və onların ROI nəticələrini izləmək
- Satış və Analitika komandaları ilə birgə marketinq və satış göstəricilərinin və hədəflərin analitikasını aparmaq, izləmək və rəhbərliyə hesabat vermək
- Marketinq büdcəsinə və büdcənin səmələri istifadəsinə nəzarət etmək
Səndən Gözlədiklərimiz:
- Strateji səviyyədə düşünmə və taktiki səviyyədə icra bacarığı
- Komanda idarəedilməsi və frilanserlərlə iş təcrübəsi
- Marketinq təşəbbüslərinə müstəqil rəhbərlik etmək bacarığı
- Performans göstəriciləri (KPI) ilə işləmək və marketinq fəaliyyətlərini biznes nəticələrinə (lead, konversiya, ROI və s.) bağlamaq bacarığı
- Şirkət daxili fərqli komandalar ilə əməkdaşlıq bacarığı
- Təşəbbüskar olmaq, daim yeni ideyaları sınamaq və testlər əsasında optimallaşdırma aparmaq bacarığı
Tələblər:
- Minimum 4 il marketinq təcrübəsi, o cümlədən kampaniya idarəçiliyi və funksiyalararası koordinasiya təcrübəsi
- Rəqəmsal marketinq mütəxəssisləri və yaradıcı komandalarla işləmək və ya onlara rəhbərlik etmək təcrübəsi
- Rəqəmsal alətlər və platformalarla tanışlıq (məsələn, Ads Manager, Google Ads, GTM, e-mail avtomatlaşdırma alətləri və s.)
- Güclü analitik bacarıqlar və performans indikatorlarını praktik addımlara çevirmək qabiliyyəti
- Marketinq büdcəsinin idarə olunması və xərclərin optimallaşdırılması təcrübəsi
- Diqqətlilik və güclü təşkilati bacarıqlar
Üstünlük Verilən Keyfiyyətlər (mütləq deyil):
- Təhsil sektorunda və ya gənclərə yönəlmiş brendlərlə iş təcrübəsi
- İngilis və Rus dillərində bilik
- SEO və kontent marketinq prinsipləri ilə tanışlıq
- Müştəri və bazar araşdırması layihələrinin idarə olunması təcrübəsi
İş şərtləri:
- Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
- İş qrafiki: altı günlük iş həftəsi, 09:00-18:00, Şənbə qısa iş günü 09:00-16:00
- İstirahət günü: həftənin bazar günü
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
Maraqlanan namizədlər mövzu hissəsində “Marketing Manager” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.












