ROOF Academic Training
İnsan resursları üzrə Mütəxəssis
Son tarix 06 fev 2025 - Müraciət et
İş şəraiti:
- Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən təyin olunacaq və ya razılaşma yolu ilə
- İş rejimi: Rəsmi, Tam-ştat 6 gün.
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinə uyğun HR siyasətini hazırlamaq və həyata keçirmək;
- Performansın idarəolunması və qiymətləndirilməsi sisteminin təşkili və tətbiqi prosesinə həyata keçirmək;
- Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
- Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı təşəbbüslər;
- Kadr planlamasını təşkil etmək, istehsalat proseslərində lazımi işçi resurslarının təminatını planlaşdırmaq və idarə etmək;
- Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
- Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili, müsahibə aparma (recruiting) bacarıqları;
- Şirkət daxilində nizam-intizam qaydalarına nəzarət və həll yollarının təmin edilməsi;
- İR əməliyyatı proseslərinin, prosedur, təlimat və qaydaların hazırlanması, optimallaşdırılması və avtomatlaşdırılması;
- İR məlumat bazalarından istifadə edilməsi və işçi məlumatlarının nəzərdən keçirilməsi, daxil edilməsi, yenilənməsi və izlənilməsi;
Tələblər:
- İnsan Resursları idarəçiliyi sahəsində ən azı 1illik idarəetmə təcrübəsi;
- Əmək qanunvericiliyi ilə bağlı biliklər;
- MS Office və HR idarəetmə sistemlərində təcrübə;
- Sahə üzrə müvafiq təhsil və ya ixtisaslaşma üzrə sertifikatlar;
Xüsusi bacarıqlar:
- Liderlik qabiliyyəti: Komanda idarəetməsi və qərar qəbul etmədə effektiv olmaq.
- Ünsiyyət bacarığı: Aydın və dəqiq ünsiyyət qurmaq, dinləmə bacarığına sahib olmaq.
- Problemlərin həlli: Gərgin iş şəraitində tez və səmərəli həll yolları təklif etmək.
- Strateji düşüncə: Geniş perspektivdən baxaraq uzunmüddətli HR strategiyaları hazırlamaq.
- Dəyişikliklərə uyğunlaşma: Dinamik iş mühitində çeviklik və innovativ yanaşma göstərmək.
Müraciət etmək üçün:
- Müraciət Et bölməsindəki link-ə daxil ola bilərsiniz.