Rifah Group
Satış məsləhətçisi
Son tarix 18 dek 2022 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
- Müştərilərin seçimlərində yardım etmək, onlara məhsullar haqqında dolğun informasiya vermək
- Mağazada satılan mebel məhsulları haqqında müştərilərə məlumat verərək məhsulların satışını həyata keçirib, bütün prosesin təqibini və müştəri məmnuniyyətini təmin etmək
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Mağazadakı məhsulların nizamından məsuliyyətli olmaq və mağaza içi vizual qaydalara əməl etmək
- Vitrinlərdə mebel və akssesuarların tələblərə uyğun olaraq düzgün düzülüşünü təmin etmək
- Mağazanın daxili nizam-intizam qaydalarına əməl etmək
Nami̇zədə Tələblər:
- Mebel satışında ən azı 1il iş təcrübəsi olmalı
- Xanım namizədlərə üstünlük verilir
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Satışı icra etmək
- Müştərilərlə işləmək və satış qabiliyyəti olmalı
- Punktual,aktiv,çevik, ünsiyyətcil, inandırma qabiliyyəti yüksək olan, gülər üzlü, pozitiv və məsuliyyətli olmalı
Əmək haqqı: 400 AZN+faiz
Korperativ nömrə verilir
İş günlərinin sayı 6 gün, istirahət qrafikə əsasən təyin olunur
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Satış məsləhətçisi” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
Rifah Group
Baş mühasib
Son tarix 18 dek 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması.
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Beynəlxalq mühasibatlıq standartlarına uyğun butun növ hesabatların hazırlanması.
Nami̇zədə Tələblər:
- Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Komandada işləmək bacarığı
Əmək haqqı: 1200-1500 AZN
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.