Vəzifə: Marketinq üzrə menecer
Vəzifə öhdəlikləri:
• Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
• Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi;
• Mütəmadi olaraq bazarın izlənilməsi və yeni imkanların aşkarlanması;
• Bazarın dinamikasına uyğun çevik həllərin təklif edilməsi;
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi;
• Görülmüş işlərin analizlərinin aparılması və hesabatların hazırlanması.
Tələblər:
• Bu sahədə minimum 2 il peşəkar təcrübə;
• Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalı;
• Kreativ marketinq layihələri üzrə təcrübəli olmalı (Portfolio arzuolunandır);
• Layihə idarəetmə (Project Management) təcrübəsi mütləqdir;
• Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs).
İş barədə məlumat:
Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 aprel 2021 tarixinədək mövzu sətirində “Marketinq üzrə menecer” qeyd edərək CV-lərini [email protected] electron poçt ünvanına göndərsinlər.
Vəzifə: PR Meneceri
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Hədəf kütlə gözləmələrini ölçməyə istiqamətli ictimaiyyət araşdırmaların icra edilməsi
• Şirkətin hədəf, məhsul və ya xidmətlərini tanıtmaq üçün strategiyaların inkişaf etdirilməsi
• Şirkət daxili və şirkət xaricindəki fəaliyyətlərin təşkil və idarə edilməsi
• Sektora istiqamətli rəqib analizi və bazar araşdırmalarının aparılması
• Şirkətin imic və logo işlərində yaxından iştirak edilməsi
• İllik ünsiyyət plan və büdcələrinin meydana gətirilməsi
• Yeni ünsiyyət və satışa çıxarma trendləri ilə fürsətlərin izlənməsi
• Reklam agentlikləri və media şirkətləri ilə koordinasiyanın təmin edilməsi
• Hazırlanmış mətbuat bülletenlərinin nəzərdən keçirilməsi və təsdiqlənməsi
• Media fəaliyyətlərinin proqramlaşdırılması
• Mətbuatın izlənməsi və aidiyyatı xəbərlərin ötürülməsi
• Müəssisə haqqında çıxan xəbərlərin izlənməsi və monitorinqi
• Marketinq şöbəsi ilə birlikdə tanıtım və marka fəaliyyətlərinin inkişaf etdirilməsi
• Marketinq məqsədlərinə çatmaq üçün yerli, regional və beynəlxalq ictimaiyyətlə əlaqələr kampaniyalarının əlaqələndirilməsi
• Sosiyal media hesablarının aktiv olaraq idarə olunmasının təmin edilməsi
• Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi
NAMİZƏDƏ TƏLƏBLƏR:
• Ali təhsil (marketinq, jurnalistika səhəsində)
• Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
• Azərbaycan rus və ingilis dilləri sərbəst danışıq və yazı səviyyəsində;
• Kreativ, işinə qarşı həvəsli və məsuliyyətli olmalı;
• Fərqli düşünmə bacarığı
• Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
• Analitik düşüncəyə sahib, problemləri həll etmə bacarığı;
• Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
• Ünsiyyət qurma bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 aprel 2021 tarixinədək mövzu sətirində “PR Meneceri” qeyd edərək CV-lərini [email protected] electron poçt ünvanına göndərsinlər.