Ricon MMC
Satınalmalar üzrə mütəxəssis
Son tarix 19 may 2023 [email protected]
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Hesabatların hazırlanması və analiz olunması;
- Rəhbərliyə gündəlik və aylıq hesabatların təqdim olunması.
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi, tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), 1C proqramlarını bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Danışıqları aparmağı, bazar araşdırılması etməyi bacarmaq;
- İnşaat norma və qaydalarını bilməyi üstünlükdür;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri
İş şəraitimiz:
- Əmək haqqı 1000-1500 AZN;
- İş qrafiki 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.
Texniki istehsalat şöbəsinin rəhbəri
Son tarix 17 may 2023 [email protected]
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Tikinti sahəsində lazım olan materialların həcminin vaxtında müəyyən olunmasına nəzarət etmək;
- İşin istehsal-təqvim planının işlənməsinə və onun yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
- Müxtəlif texniki istehsalat standartların icrasına nəzarət;
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubların və digər sənədlərin hazırlanması;
- Sifarişçi təşkilatın nümayəndəsi ilə əlaqəli işləməli və lazım gəldikdə texniki məsələləri həll etmək.
- Görülən iş üzrə smetaların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
- Smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin aktlarının və forma №2-lərinin hazırlanmasını təşkil etmək və nəzarət etmək;
- Forma №2 əsasında texniki hesabatların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubları və digər sənədləri hazırlamaq;
- Enerji ehtiyatlarının və tikinti materiallarının istehlak dərəcəsinə nəzarət;
- Aylıq planları və həftə-gün qrafiklərini razılaşdırmaq, istehsalat sahəsində material hesabatlarına, yerinə yetirilmiş işlərin qəbulu aktlarının tərtib edilməsinə nəzarət etmək, yerinə yetirilmiş işlərin reyestrini tərtib etmək və s;
- Vaxtı vaxtında rəhbərliyə görülən işlərlə bağlı hesabatların təqdim edilməsi.
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil (İnşaat üzrə);
- Tikinti sahəsində ümumi olaraq 10 ildən yuxarı, rəhbər kimi isə 5 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- 1C sistemində işləməyi bacarmalı;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
- İş qrafiki 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.