Rich Motors
Satış meneceri (avtomobil satışı sahəsi üzrə)
Son tarix 03 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müştəriləri gülərüzlə qarşılamaq, müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, onlara avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
- Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilər üçün test-drive təşkil etmək;
- Satılan avtomobili prosedura uyğun müştəriyə təhvil vermək;
- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
- Avtomobil bazarının xüsusiyyətlərini bilmək və rəqibləri izləmək;
- Kollektivdə məsuliyyətli olmaq, komanda işi nümayiş etmək;
- Satışla bağlı qayda və prosedurlara riayət etmək;
- Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər:
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
- Satış sahəsi üzrə 2 il iş təcrübəsi;
- MS Office və 1C proqramlarında işləmək bacarığı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
- Yüksək danışıq qabiliyyəti və aktiv satış bacarığı;
- Kollektivdə işləmə bacarığı, dinamiklik, gərginliyə davamlılıq və inandırma bacarığı;
İş şərtləri:
- Həftədə 6 iş günü
- Əmək haqqı + bonus: 1500 azn
- AR ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Satış meneceri” yazaraq göndərmələri xahiş olunur.