Vəzifə: Satış meneceri
• İş yeri : Babək pr.
• İş rejimi : Həftədə 6 gün
• Əmək haqqı – 600 AZN (əmək haqqı ilə yanaşı bonus sistemi)
• Cinsi: Qadın
• Yaş 22-30
Vəzifə öhdəlikləri:
• Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara seçim üçün optimal şərait yaratmaq, məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək.
• Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək
• Satışla bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı öyrənmək və satış zamanı tətbiq etmək
• Müştəriləri gülərüz qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək
• Satış performansının artırılması ilə bağlı təlimlərdə iştirak etmək
Namizədə Tələblər:
• Satış sahəsində (avtomobil sektoru üzrə) iş təcrübəsi olanlara üstünlük veriləcək
• Yaş həddi 22-30 yaşlarında xanım namizədlər
• Ali və ya orta təhsilli
• Azərbaycan və rus dillərində sərbəst yazmalı, oxumalı, danışmalı (ingilis dili arzuolunandır)
• Səlis danışıq, izah etmə bacarığı və nitq mədəniyyəti olmalı
• İş həyatında dinamik və aktiv olmalı, məsuliyyətli, çalışqan
• Kollektivdə işləmə bacarığı , dəqiqlik
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını şəkillə birlikdə mövzu yerində “Satış meneceri” qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.