Resant Consulting and Management
Mühasib
Son tarix 04 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması
- Vergi, DSMF, Statistika, Məşğulluq və digər dövlət qurumlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
- Əmək haqqının hesablanması, məzuniyyət, xəstəlik vərəqəsi, xitam və digər kadr-maliyyə əməliyyatlarının icrası
- Gəlir və xərclərin uçotu, ilkin mühasibat sənədlərinin (hesab-faktura, qaimə, akt və s.) hazırlanması və yoxlanılması
- Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və nəzarəti
- Əsas vəsaitlərin, materialların və inventarların uçotunun aparılması
- Debitor və kreditor borclarına nəzarət
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi və məxfiliyinin qorunması
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə biliklər
- Elektron vergi, e-taxes, e-gov, BTP və bank sistemləri ilə işləmə bacarığı
- MS Excel bilikləri
- Məsuliyyətli, diqqətli, analitik düşüncəli olmaq
İş şəraiti:
- Tam ştat, 5 günlük iş qrafiki
- Rəsmi əmək müqaviləsi
- Stabil və peşəkar iş mühiti
Əmək haqqı: 800–1000 AZN
Müraciət qaydası:
Namizədlərdən CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərmələri xahiş olunur.











