Rentonix MMC
Kran operatoru
Son tarix 04 mar 2026 - [email protected]
Kran operatorunun vəzifə öhdəlikləri:
- Mürəkkəb işlərin yerinə yetirilməsində, həmçinin texnoloji avadanlıqların quraşdırılması və məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin bərkidilməsi işlərdə yükqaldırma əməliyyatlarının yerinə yetirilməsi.
- Müxtəlif növ işlərin yerinə yetirilməsində (tikinti-quraşdırma və təmir-tikinti işlərindən başqa) yükgötürmə qabiliyyəti 25 t-dan artıq olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş tırtıllı, pnevmatik təkərli və özüyeriyən kranın idarə edilməsi.
- Müəyyən müddət içərisində, kranla müxtəlif yüklərin yükləmə-boşaltma-daşıma işlərinin təhlükəsiz bir şəkildə yerinə yetirilməsi.
- Kranın texniki müayinə olunan hissələrinin və tezyeyilən və xarab olan hissələri haqqında məlumatın verilməsi
- Hər növbənin əvvəlində texniki baxış keçirilməsi.
- Texniki baxış zamanı bütün birləşmələrin, qoruyucu vasitələrin, texniki təhlükəsizlik cihazlarını, (tormoz) əyləc sistemlərinin yoxlanılması.
- Kran hərəkət edən mexanizmlərinin işlək vəziyyətdə olmasının yoxlanması, çatışmazlıq aşkar edərsə, onu aradan qaldırılması.
- Daşıyacağı və yerini dəyişəcəyi yükləri haqqında məlumatları birbaşa aidiyyatı olan rəhbərdən və ya mütəxəssisdən alması.
- Kranın təhlükəsiz istismarı və saz vəziyyətdə saxlanması.
- Kranda hər hansı çatışmazlıq və ya nasazlıq hiss edirsə bu barədə təcili olaraq kranların təhlükəsiz istismarına və saz vəziyyətdə saxlanmasına məlumat verilməsi.
- Ona tapşırılan tapşırıqları vaxtında, keyfiyyətli, kranların təhlükəsiz istismar qaydalarına uyğun olaraq yerinə yetirilməsi.
- İşdən əvvəl və iş prosesində yükqaldırıcı və yüktutucu vasitələrinə nəzarət edilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Tələblər:
- Orta ixtisas və ya ali təhsil;
- Müvafiq vəzifədə minimum 3 il iş stajı;
- Təhlükəsizlik sertifikatı mütləqdir;
- Cinsi / yaşı: Kişi/Yaş aralığı 30-50 yaş
İş şəraiti barəsində məlumat:
- Əməkhaqqı: 1600 AZN
- İş yeri: Hövsan
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Kran operatoru” başlığı ilə göndərə bilər.











