Baş mühasib
Remedi group
Şəhər - Bakı
Yaş - 30 - 40 yaş
Təhsil - Ali
İş təcrübəsi - 5 ildən artıq
Elanın tarixi - Dekabr 29, 2022
Bitmə tarixi - Yanvar 28, 2023
Əlaqədar şəxs - İbrahim
Telefon - (012) 449-94-21
(055) 532-36-23
E-mail: [email protected]
İş barədə məlumat
- Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək.
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinə nəzarət etmək
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi
- Vergi,statislika, DSMF hesabatların hazırlanması və göndərilməsi
- Mühasibat uçotu üzrə bütün növ sənədləşmənin təşkili
- 1C 8.3 proqramında bütün növ əməliyyatların aparılmasına nəzarət olunması və mühasibat yazılışlarının verilməsi.
- Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
- Debitor və kreditor hesablaşmaların aparılmasına nəzarət olunması
- Kadr uçotunun aparılması
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayıb rəhbərliklə müzakirə etmək
- Sahəsi üzrə öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- Əmək haqqı: 2000 AZN