Regency Consulting and Tax Solutions
Aparıcı mühasib
Son tarix 18 noy 2023 - [email protected]
Bizim namizəd müxtəlif sahələrdə fəaliyyət göstərən və fərqli vergi ödəyicilərinə eyni zamanda xidmət göstərir. İş həcminin yüksək olmasına baxmayaraq, mülayim, pozitiv və peşakar komandada çalışmaq bizə zövq verir. Belə ki, mühasibatlıq sahəsində möhkəm bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.
İş barədə məlumat:
- 1C 8.3 proqramında müəssisələrin uçotunu aparmaq;
- ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Müəssisənin aktivləri və öhdəlikləri, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək.
İş şəraiti:
- Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
- Korporativ mobil nömrə;
- Ə/H 800-1000.
Namizəd üçün tələblər:
- Mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı;
- Ali təhsil;
- Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
- 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı,
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi,
- Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi,
- Yaş həddi 21 - 40 aralığında
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili bilənlərə üstünlük veriləcəkdir)
- Məsuliyyətli, ünsiyyətcil, pozitiv, cəld, operativ və komanda ilə işləmə bacarığı
Namizədlərdən “cv”-lərini elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.