Regency Consulting and Tax Solutions
Aparıcı mühasib
Son tarix 06 yan 2024 - [email protected]
İş barədə məlumat:
- 1C 8.3 proqramında müəssisələrin uçotunu aparmaq;
- ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Müəssisənin aktivləri və öhdəlikləri, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək.
İş şəraiti:
- Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
- Korporativ mobil nömrə;
- Ə/H 1000 (əlavə olaraq, hər ay səriştə əsaslı performans göstəricilərinə əsasən bonus sistemi tətbiq olunur).
Namizəd üçün tələblər:
- Mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı;
- Ali təhsil;
- Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
- 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı,
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi,
- Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi,
- Yaş həddi 21 - 40 aralığında
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili bilənlərə üstünlük veriləcəkdir)
- Məsuliyyətli, ünsiyyətcil, pozitiv, cəld, operativ və komanda ilə işləmə bacarığı
Namizədlərdən “CV”-lərini elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.