Referans CLC
Mühasib
Son tarix 06 okt 2024 - [email protected]
Namizədə aid tələblər:
- Elektron qaimə-fakturalar (bütün növlər üzrə, avans) göndərilməsi;
- Gündəlik bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;
- Maliyyə əməliyyatlarının 1 C (8.3) mühasibat proqramında işlənilməsi;
- Əmək haqlarının, məzuniyyət üzrə ödənişlərin hesablanması və icra edilməsi;
- Statistika hesabatlarının, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamənin, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göndərilməsi.
Əsas vəzifə və öhdəliklər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
- 1C proqramını və Microsoft Office proqramlarını (WORD,EXCEL) yaxşı səviyyədə bilmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı: 800-1000 azn
Aparıcı mühasib
Son tarix 06 okt 2024 [email protected]
Namizədə aid tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Minimum 3 il mühasibat sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Dövlət hesabatlarının tərtib olunması;
- İdarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;
Əsas vəzifə və öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin təmin edilməsi;
- Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılması;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanması və köçürülməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı-1500-1800 azn.