RD SMART
Mal-material üzrə mühasib (istehsalat sahəsi)
Son tarix 14 mar 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Hesab və elektron qaimə-fakturalarının yoxlanılması;
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək.
Namizədə olan tələblər:
- Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə);
- İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
- MS Office (Excel-yüksək səviyyədə);
- İstehsalat və anbar arasındakı koordinasiyasını bilməli;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı.
Texniki Bacarıqlar:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi.
Əlavə məlumat:
- İş vaxtı: Bazar ertəsi – Cümə;
- İş yeri: Badamdar qəsəbəsi, Qurd qapısını yaxınlığı;
- Forma və yemək şirkət tərəfindən təmin olur;
- Uğurlu namizədin əmək haqqı tələbi nəzərə alınacaq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Mal-material üzrə mühasib (istehsalat sahəsi)” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.