Layihə meneceri (Tikinti üzrə)
Son tarix 25 mar 2022 - [email protected]
İş yeri - Şuşa
Həftədə 6 gün
Əmək haqqı 2000 -2500 AZN (net)
Layihə müddətində əməkdaş evlə təmin edilir, işin həcminə uyğun olaraq nəqliyyat vasitəsilə təmin edilə bilər, yemək xərcləri şirkət tərəfindən qarşılanır.
Tələblər:
- 
	Cinsi – kişi 
- 
	Ali təhsil (Memarlıq və mühəndislik, inşaat idarəedilməsi ixtisası üzrə bakalavr dərəcəsi); 
- 
	Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsinin olması ; 
- 
	Proqramlar: MS Office (Excel, Word ve Autocad, Outlook) bilməli; 
- 
	Liderlik, vaxtın və heyəti idarə etmək bacarığının olması; 
- 
	PMP və ya uyğun sertifikatları olan şəxslərə üstünlük veriləcək; 
- 
	Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması; 
- 
	Stressə davamlı, dürüst və analitik düşünmə bacarığının olması; 
- 
	Tikinti materiallları və avadanlıqları haqqında yüksək şəkildə məlumatlı olması; 
- 
	Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı; 
- 
	Komandada və sərbəst işləmək bacarığı; 
- 
	Stressli şəraitdə işləmə bacarığı; 
- 
	Məsuliyyətli və analitik düşünmə bacarığı olmalı; 
Əmək funksiyaları:
- 
	İnşaat layihələrinin əvvəldən sona qədər nəzarət edilməsi, büdcə və xərclərinin idarə edilməsi; 
- 
	Lazım olan avadanlıqlar, materiallar və lazım olan işçi qüvvəsinin təyin edilməsi; 
- 
	Təchizat və avadanlıqların cədvələ uyğun sifariş və təhvil verilməsinin təmin edilməsi; 
- 
	İşin status ilə bağlı hesabatların hazırlanması və yarana biləcək hər hansı bir problemin aradan qaldırılmasının təmin edilməsi; 
- 
	Təhlükəsizlik qaydalarına nəzarət edilməsi və risklərin qiymətləndirlməsi; 
- 
	Layihənin miqyasından aslı olaraq inşaat işçiləri, subpodratçılar, iş icraçıları, memar, mühəndislər və layihə komandasının əsas heyət üzvləri ilə sıx əməkdaşlığın edilməsi; 
- 
	Sahədəki subpodratçıların və briqadaların işinin koordinasiyası və nəzarət edilməsi; 
- 
	Tikinti əməliyyatlarının planlaşdırılması; 
- 
	Layihənin vaxtında təhvil verilməsinin təmin edilməsi; 
- 
	Layihə boyunca lazım olan informasiyaların, vacib məlumat və proseslərin hesabatlarının hazırlanması və bütün maraqlı tərəflərin məlumatlandırılması; 
- 
	Smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin hazırlanması; 
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Layihə meneceri (Tikinti)” qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








