Ramco CJSC
Elektrik ustası
Son tarix 08 yan 2026 [email protected]
Elektrik ustası (2 nəfər)
İş şərtləri:
- İş yeri: Xocavənd, Hadrut
- Əmək haqqı: 1200 AZN
- İş saatları (iş rejimi): (ayda 4 gün istirahət günü)
- Təminat: əlaqə nömrə, gündə 3 dəfə qidalanma və tikinti düşərgəsində qalma xərcləri şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
- Elektrik avadanlıqlarının, kabel xətlərinin və şitlərin montajını çertyoj və texniki sənədlərə uyğun yerinə yetirmək
- Mövcud elektrik sistemlərində nasazlıqları müəyyən edib təhlükəsiz şəkildə aradan qaldırmaq
- Cərəyan xəttlərinin izolyasiyasını, qoruyucu avtomatları və kontakt birləşmələrini yoxlayıb uyğun vəziyyətdə saxlamaq
- Yeni quraşdırılan avadanlıqları çertyoja əsasən sınaqdan keçirmək və işə salmaq
- İş zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək
- Görülən işlər barədə qeydiyyat aparmaq və lazım olduqda rəhbərliyə hesabat vermək
Tələblər:
- Cinsi: kişi
- Elektrik vəsiqəsi;
- Layihələrlə sərbəst işləmə təcrübəsi;
- Tikinti layihələrinin elektrik montaj işlərində azı 2 il iş təcrübəsi;
- Tikinti normaları və layihə idarəedilməsinə dair biliklər;
- Digər sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektrik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
SƏTƏM mühəndisi
Son tarix 08 yan 2026 [email protected]
İş şərtləri:
- İş yeri: Xankəndi
- Əmək haqqı: 1500 – 1700 AZN
- İş saatları (iş rejimi): ayda 4 gün istirahət günü
- Təminat: əlaqə nömrə, gündə 3 dəfə qidalanma və tikinti düşərgəsində qalma xərcləri şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək və gündəlik nəzarət aparmaq
- Fövqəladə hallar, risklər və potensial təhlükələr üzrə qiymətləndirmə planı (Risk Assessment) hazırlamaq
- İşçilərə təhlükəsizlik brifinqləri, təlimlər və maarifləndirmə tədbirlərini keçirmək
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək və təminatlarını yoxlamaq
- Qoyulan standartlara uyğun olaraq sahədə tullantılara və ətraf mühitə nəzarət
- SƏTƏM üzrə aylıq və gündəlik hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
Tələblər:
- Ali təhsil
- SƏTƏM üzrə müvafiq sertifikatlar
- İstehsal sahəsində SƏTƏM üzrə azı 3 illik iş təcrübəsi
- Məsuliyyətli, komandada və stressli vəziyyətdə işləmək və təşkilatçılıq bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.











