Ramco CJSC
Texniki şöbə Müdiri
Son tarix 29 apr 2024 - [email protected]
Namizədə dair tələblər:
- İnşaat sahəsi üzrə ali təhsil;
- Yol, mülki, hidrotexniki qurğuların tikintisi üzrə iş və sənaye obyektlərinin tikintisi üzrə ən azı 5 il iş təcrübəsi;
- Vakant yer üzrə rəhbər vəzifədə çalışmış olmalıdır;
- Rus dili: əla səviyyədə, ingilis dili biliyi üstünlükdür;
- Ofis proqramları və AutoCAD-dan irəli səviyyədə istifadə etmək bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Qüvvədə olan tikinti və layihələndirmə normativləri ilə tanışlıq;
- Fikrini aydın yazılı və şifahi izah edə bilmək qabiliyyəti, stressə dözümlülük;
- Texniki həll verə bilmək bacarığı və analitik qabiliyyət;
- Effektiv ünsiyyət bacarığı;
- Sürücülük vəsiqəsi (B kateqoriya).
Əsas vəzifə öhdəlikləri:
- Şöbənin işinin təşkili;
- Layihələrin nəzərdən keçirilməsi, razılaşdırılması və layihələrin yerinə yetirilməsinə nəzarət;
- Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması, aylıq hesabatların hazırlanması;
- Büdcə hazırlanması və nəzarət;
- İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
- Müvafiq orqanlarla yazışmaların aparılması;
- Gərəkən mal-material təchizatı qrafikinin hazırlanması va nəzarət;
- Yerinə yetirilmiş işlərin ölçülməsi və müvafiq mal material silgisinin təşkili;
- Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
- Tenderlərin texniki hissəsinin hazırlanması;
- Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər edəcək.
İş şərtləri:
- Əmək haqqı: 2300-2500 AZN.
- İş qrafiki: Bazar ertəsi – cümə: 8:30 - 17:30
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki şöbə müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.