Ramco CJSC
Topoqraf
Son tarix 21 noy 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (Texniki sahə üzrə);
- Tikinti layihələrində topoqraf kimi 2 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili orta səviyyədə;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək;
- AutoCad proqramlarını yüksək səviyyədə bilməli.
Vəzifə öhdəlikləri:
- Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
- Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələrin müəyyən edilməsi;
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
- Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (6 gün);
- İş saatları: 08:00-18:00;
- İş yeri: Xocavənd r-nu, Hadrut qəsəbəsi.
- Təminat: Mobil nömrə, gündə 3 dəfə qidalanma və tikinti düşərgəsində qalma
- Əmək haqqı: 1800AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Topoqraf” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.