Ramco CJSC
Texniki şöbənin mühəndisi
Son tarix 15 noy 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (inşaat sahəsində);
- Bu sahədə 3 ildən artıq iş təcrübəsi olmalı;
- İstehsalat texnologiyası, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydasını bilməli;
- Layihə üzrə sənədləşmənin tərtibi, razılaşdırılması və təsdiqi qaydalarını bilməli;
- Tikinti qaydaları, norma və standartları haqda bilik və təcrübəyə sahib olmalı;
- AutoCAD, Microsoft Ofis proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilməli
Vəzifə öhdəlikləri:
- Tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir,
- Başa çatmış tikinti-quraşdırma işlərinin texniki qəbulunda iştirak edir, tələb olunan texniki sənədləşməni aparır (istismara qəbul aktları)
- Gizli işlər aktlarının tərtibində iştirak edir;
- Tikinti obyektlərinin qəbulunda və sifarışçiyə təhvil verilməsində iştirak edir;
- Layihədə göstərilən işlərin həcmlərini yoxlayır, tələb olunarsa özü iş həcmlərini və materialların miqdarını hesablayır;
- Sahələr üzrə sahə rəisləri tərəfindən tərtib və təsdiq edilmiş mal-material sifarişlərinin standartlara və ya layihəyə uyğun olmasını yoxlayır və təsdiqləyir;
- Daxil olmuş Forma 2-lərə əsasən materialların sərfi üzrə texniki hesabatı (M-29) tərtib edir;
- Tikinti sahələrində şirkətin və subpodratçıların yerinə yetirdiyi aylıq iş həcmlərini yoxlayır;
- Daxili Forma 2-ləri yoxlayır, eyni zamanda sifarişçiyə təqdim edilən Forma 2-ləri tərtib edir;
- İndividual sifarişləri yerinə yetirən yerli istehsalçıların işinə yerində nəzarət edir (metalkonstruksiya);
- Tikinti meydançasının təşkilinə, təhlükəsiz iş üsul və metodların, qabaqcıl və mütərəqqi texnoloji proseslərin,düzgün istifadə edilməsinə nəzarət edir;
- Azərbaycan Dövlət Tikinti norma və qaydalarına əsasən normativ və texniki sənədlərin hazırlanmasına (Ümumi işlərin , qaynaq işləri, müəllif nəzarəti jurnalları, tikintinin təşkili planı və s.) nəzarət edir;
- Görülmiş işlər üzrə aktların tərtib edilməsində iştirak edir
İş şərtlərimiz:
- Əmək haqqı: 1674-1940 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki şöbənin Mühəndisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.