Ram Holding
Daxili Nəzarət və Təftiş üzrə Mütəxəssis
Son tarix 12 avq 2023 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (İnzibati İdarəetmə, İqtisadiyyat, Maliyyə-kredit, Mühasibatlıq, Audit və s. əlaqədar istiqamət üzrə);
- Daxili Nəzarət, Audit, Təftiş, Risklərin İdarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə ən azı 2 il iş təcrübəsi;
- MS Excel bilikləri – yüksək səviyyədə;
- 1C ERP ilə işləmək təcrübəsi arzu olunandır;
- İngilis dili – İntermediate və üzəri;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Ezamiyyətlərə getməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- Şöbə tərəfindən təşkil olunun analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanması və icrasında iştirak etmək;
- Keçirilən təhlil, təftiş və yoxlama prosesləri zamanı müxtəlif analitik, operativ metodlardan və təftiş prosedurlarından istifadə edərək proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluqları və pozuntuları aşkar etmək, həmçinin həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri vermək;
- Keçirilmiş təhlil, təftiş və yoxlama nəticəsində aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatlar hazırlamaq;
- Əməliyyat və maliyə risklərinin idarə edilməsi üçün risklərin müəyyən edilməsi və qiymətləndirilməsində iştirak etmək, cavab mexanizmlərinin hazırlanması, planlanması üzrə təkliflər vermək;
- Təhlil, təftiş və yoxlama nəticəsində aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntuların aradan qaldırılması üçün tələbnamələr hazırlamaq və icrasına nəzarət etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200-1500 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, “Neptun” marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Nəzarət və Təftiş üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.