Ram Holding
Maliyyə Nəzarəti üzrə Mütəxəssis
Son tarix 30 iyn 2023 [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit);
- Maliyyə Nəzarəti, Audit, Risklərin İdarə edilməsi, yaxud Hesabatlılıq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
- MS Excel bilikləri – yüksək səviyyədə;
- İngilis dili – İntermediate və üzəri;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Ezamiyyətlərə getməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- İllik yoxlama planına uyğun olaraq, Şirkətin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
- Proseslərin analizi, qiymətləndirilməsi və çatışmamazlıqların aşkar edilməsi;
- Hesabatların təhlili;
- Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət;
- Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət;
- Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1000-1500 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, “Neptun” marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə nəzarəti üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.