Ram Solutions
Onlayn Satış üzrə Mütəxəssis
Son tarix 19 fev 2026 - [email protected]
İş barədə məlumat:
- Instagram, TikTok, Facebook, WhatsApp və digər onlayn platformalardan daxil olan mesajların cavablandırılması
- Yazılı ünsiyyət vasitəsilə müştərilərin satışa yönləndirilməsi və sifarişlərin bağlanması
- Müştəri suallarının operativ və peşəkar şəkildə cavablandırılması
- Məhsulların təqdimatı və satışın artırılması
- Satış nəticələri üzrə hesabatların hazırlanması
Satışa dəstək və sosial media öhdəlikləri:
- Sosial media üzərindən satışa yönəlik kontentlərin hazırlanmasında iştirak
- Post, story və video məzmunlarla satışa dəstək
- Reklam və tanıtım məqsədli videoların çəkilişində iştirak
- Kamera qarşısında rahat olmaq və video qarşısına keçməyə hazır olmaq
İş qrafiki və şərtlər:
- İş qrafiki: Həftədə 5 iş günü (bazar ertəsi – cümə)
- İş saatları: 10:00 – 18:00
- Ofisə gəlmə şərti: Həftədə 5 gün ofisdə çalışma mütləqdir
- Şənbə və bazar günləri: Ofisə gəlmək tələb olunmur, lakin onlayn platformalara daxil olan mesajların cavablandırılması mütəşəkkil şəkildə təmin edilməlidir
- Axşam saatlarında daxil olan mesajların vaxtında cavablandırılması tələb olunur
Tələblər:
- XANIM namizədlərə üstünlük veriləcəkdir
- Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə üstünlükdür
- Yazılı ünsiyyət və inandırma bacarığının yüksək olması
- Sosial şəbəkələrlə aktiv işləmə bacarığı
- Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili üstünlükdür)
- Məsuliyyətli, diqqətli və satışa fokuslu olmaq
- Kamera qarşısında rahat davranmaq
Əmək haqqı: 1200 AZN (minimum bonus daxil olmaqla)
WhatsApp: 055 458 16 26
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.










