RAHAT Supermarketlər şəbəkəsi
Hüquqşünas / Aparıcı Hüquqşünas
Son tarix 15 noy 2026- [email protected]
Rahat Supermarketlər şəbəkəsi Hüquqşünas/Aparıcı Hüquqşünas vəzifələri üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
- Müxtəlif növ müqavilələrin hazırlanması və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi.
- Beynəlxalq sazişlər və müqavilələr də daxil olmaqla, bütün növ əməliyyatların hüquqi ekspertizasının aparılması və müvafiq hüquqi rəylərin hazırlanması.
- İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması prosesinin həyata keçirilməsi.
- Hüquqi şəxslərin təsis sənədlərinə dəyişikliklərin edilməsi, habelə dövlət qeydiyyatına alınmış məlumatlarda sonrakı dəyişikliklərin qeydiyyatının təmin edilməsi.
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya və icazələrin alınması üçün zəruri sənədlərin hazırlanması, toplanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi.
- Bütün struktur bölmələrə, o cümlədən əlaqəli şirkətlərə hüquqi yardımın göstərilməsi, onların sorğuları üzrə hüquqi rəylərin və izahatların hazırlanması.
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların düzgün tətbiqinə nəzarət prosesində iştirak edilməsi.
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların aparılması.
- Hüquqi məsələlərlə bağlı məktublara, müraciətlərə və şikayətlərə vaxtında cavabların hazırlanması.
- Şirkət daxilində müqavilələrin reyestrinin aparılması və yeni sənədlərin gündəlik olaraq reyestrə daxil edilməsi.
Namizədə dair tələblər
- Cins: Bəy və Xanım namizədlər
- Təhsil: Hüquqşünaslıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi.
- İş təcrübəsi və digər bacarıqlar: Hüquq sahəsində, üstünlük olaraq hüquq şirkətində və ya korporativ şirkətlərin hüquq departamentində 1–3 il iş təcrübəsi.
- Hüquqi biliklər: Azərbaycan Respublikasının mülki, kommersiya, əmək və inzibati qanunvericiliyi üzrə biliklər.
- Analitik bacarıqlar: Mürəkkəb hüquqi məsələləri təhlil etmək və aydın, praktik hüquqi məsləhətlər vermək bacarığı.
- Ünsiyyət bacarıqları: Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
İş qrafiki: 5 günlük iş həftəsi
İş yeri: Rahat Supermarketlər şəbəkəsi
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














