Rabitabank OJSC
Biznesin inkişafı şöbəsinə mütəxəssis\aparıcı mütəxəssis
Son tarix 24 sen 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Rəqəmsal kanallar ilə biznes məhsulların çarpaz satışının və xidmətinin görülməsində bir başa iştirak etmək, satışının artırılması məqsədi ilə müştərilərlə birbaşa çalışmaq;
- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və həlli üçün təkliflərin irəli sürülməsi;
- Rəqəmsal kanal üzərindən daxil olan əmək haqqı layihələri üzrə sifarişlərin icrası;
- Rəqəmsal kanal üzərindən daxil olan biznes hesab və biznes kartların açılmanın icrası;
- Rəqəmsal kanal üzərindən daxil olan Qarantiyaların qebul edilib ötürülməsi və icrasını bitirmək;
- Qeyri kredit məhsullarının çarpaz satış hesabatlarının hazırlanması, portfelə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Rəqəmsal kanal üzərindən daxil olan digər biznes məhsulların icrası tamamlamaq,
- Müştəri sorğularının icrasına dəstək;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda 12 ay iş təcrübəsi;
- Satış texnikasına dair bilik və təcrübəyə malik olmaq;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
- Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək(Rus və ya ingilis dili bilən şəxslərə üstünlük verilir);
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23.09.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznesin inkişafı şöbəsinə mütəxəssis\aparıcı mütəxəssis” yazmağınız xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Biznesin inkişafı şöbəsinə aparıcı\baş mütəxəssis
Son tarix 24 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mütəmadi bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və qeyri kredit məhsullarının və satış metodikasının təkmilləşdirilməsi barədə təklif vermək;
- Yeni məhsul və xidmətlərin satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;
- Alternativ kanallar ilə biznes məhsulların çarpaz satışının və xidmətinin göstərilməsində və rəqəmsal məhsulların inkişafı üçün təkliflər hazırlamaq və prosesləri icra etmək;
- Biznes kredit və Qeyri kredit məhsullarının optimallaşması, Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək, Məhsulun texnoloji əsaslarını hazırlamaq və məhsulların yaradılması haqqında prosesləri izləmək;
- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarını aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;
- Biznes kredit və Qeyri kredit məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
- Biznes krediti və Biznes Qeyri kredit məhsullarının satışı üzrə təbliğat təşviqat tədbirləri üzrə təkliflər hazırlamaq;
- MXS əməkdaşları ilə çalışmaq və MXS əməkdaşlarının xidmət keyfiyyətinin artırılmasında birbaşa iştirak etmək;
- Biznes məhsullar üzrə satışa dəstək məqsədi ilə dəstək mexanizmi hazırlamaq, MXS əməkdaşları ilə birbaşa çalışmaq, həvəsləndirici təkliflər hazırlamaq;
- Bankın Biznes kredit və Qeyri kredit məhsullarının bank bazarında gündəmdə qalması üçün əməkdaşlıqların genişləndirilməsi üçün tədbirlər planı hazırlamaq;
- Cari Biznes kredit və Qeyri kredit məhsulları üzrə portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Qeyri kredit və kredit məhsullarının çarpaz satış hesabatlarının hazırlanması;
- Bankın əməliyyat tariflərində nəzərdə tutulan əlavə və dəyişikliklərin layihəsinin hazırlanması və təhlil edilərək aidiyyatı üzrə müzakirəyə təqdim olunması;
- Müştərilərin xidmət və məhsul şərtlərinə dair fərdi müraciətlərinin təhlili;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda 24 ay iş təcrübəsi(Biznes Bankçılıq üzrə çalışan şəxslərə üstünlük verilir);
- Satış texnikasına dair bilik və təcrübəyə malik olmaq;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
- Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək (Rus və ya ingilis dili bilən şəxslərə üstünlük verilir);
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23.09.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznesin inkişafı şöbəsinə aparıcı və ya baş mütəxəssis” yazmağınız xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33