Rabitabank OJSC
Biznesin inkişafı şöbəsinə İnspektor/Aparıcı mütəxəssis
Son tarix 02 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mütəmadi bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və Qeyri kredit məhsullarının və satış metodikasının təkmilləşdirilməsi barədə təklif vermək, Yeni məhsul və xidmətlərin satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;
- Biznes kredit və Qeyri kredit məhsullarının optimallaşması, Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək, Məhsulun texnoloji əsaslarını hazırlamaq və məhsulların yaradılması haqqında prosesləri izləmək;
- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarını aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;
- Biznes kredit və Qeyri kredit məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
- Biznes krediti və Biznes Qeyri kredit məhsullarının satışı üzrə təbliğat təşviqat tədbirləri üzrə təkliflər hazırlamaq.
- Bankın Biznes kredit və Qeyri kredit məhsullarının bank bazarında gündəmdə qalması üçün əməkdaşlıqların genişləndirilməsi üçün tədbirlər planı hazırlamaq;
- Cari Biznes kredit və Qeyri kredit məhsulları üzrə portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Alternativ kanallar ilə biznes məhsulların çarpaz satışının və xidmətinin göstərilməsində bir başa iştirak etmək, prosesləri icra etmək.
- Qeyri kredit və kredit məhsullarının çarpaz satış hesabatlarının hazırlanması,
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda 12 ay iş təcrübəsi;
- Satış texnikasına dair bilik və təcrübəyə malik olmaq;
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
- Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək(Rus və ya ingilis dili bilən şəxslərə üstünlük verilir);
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini 01.05.2023-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində “İnspektor/Aparıcı mütəxəssis” yazaraq göndərə bilərlər.
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Kredit və bazar riskləri şöbəsinə baş mütəxəssis
Son tarix 13 may 2023 [email protected]
Əsas vəzifələr:
- Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
- Mərkəzi Bankın tələblərinə və IFRS 9 standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət edilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin verməsi;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
- Likvidlik, faiz, kapital riskləri ilə bağlı hesabatlıqların tərtib olunması;
- İqtisadiyyatda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
- Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
- Banklararası kredit, depozit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək;
- Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
- Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
- MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
- Riyazi, statistik biliklər;
- Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında biliklər;
- CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
- SQL,VBA, Python proqramlaşdırma dillərinin hər hansı birini bilən namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin baş mütəxəssisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3