Rabitabank OJSC
Beynəlxalq əlaqələr şöbəsi üzrə mütəxəssis
Son tarix 01 may 2023 [email protected]
Namizədin vəzifə öhdəlikləri:
- Bankın yerli və xarici tərəfdaş banklarla, müxtəlif maliyyə qurumları ilə əlaqələrinin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
- Gündəlik sənədləşmə işinin aparılması, mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması və zəruri sənədlərin hazırlanıb tərəfdaşlara təqdim edilməsi;
- Yerli və xarici tərəfdaş bankların və maliyyə qurumlarının qarşısında Bankın nüfuzunun yüksək səviyyədə saxlanılması üçün öz təkliflərini vermək və müvafiq tədbirləri həyata keçirmək;
- Yeni potensial tərəfdaş bankların və maliyyə qurumlarının müəyyən olunması istiqamətində araşdırmalar aparmaq və təkliflər vermək;
- Bankın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tərəfdaş bankların, tədbirlərində Bankın təmsil olunması.
Namizədə tələblər:
- Tam Ali təhsil;
- Azərbaycan, ingilis və rus dillərini səlis bilmək,
- Aidiyyatı sahədə ən azı 2 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir);
- Analitik düşünmə qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı,
- İşgüzar yazışmalar aparmaq qabiliyyəti;
- Operativ və düzgün qərar vermək bacarığı;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynalxalq əlaqələr şöbəsinin mütəxəssisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Xəzinədar (Qusar, Ağsu və Lənkəran)
Son tarix 01 may 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
- Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
- Müştərilərə xəzinə xidməti göstərir;
- Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
- Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
- Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
- Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
- Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
- Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır;
Vəzifəyə olan tələblər:
- Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
- Vətəndaş qüsürsuzluğuna malik olma;
- Kollektivdə işləmə bacarığı;
- Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olma;
- Nəzakətli, gülərüz olmaq;
- Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətlilik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq xəzinədar ” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
- E-mail: [email protected]
- Telefon: (012) 598 44 88,
- Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33