Rabitabank OJSC
Korporativ Hüquq Şöbəsinə Hüquq Məsləhətçisi
Son tarix 20 okt 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Kreditlər və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bank fəaliyyəti ilə əlaqədar müvafiq məhsullar üzrə müqavilələri, standart şərtli müqavilələri və digər müqavilələri hazırlamaq;
- Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
- Bankda təchizat və satınalma işinin təşkili ilə əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bütün növ bank əməliyyatları ilə bağlı müvafiq struktur bölmələrdən daxil olan sorğuları cavablandırmaqla hüquqi dəstək göstərmək;
- Azərbaycan Respublikasının Qanunvericiliyinin əsaslarını, bank fəaliyyətinə dair normativ hüquqi aktları bilmək;
- Azərbaycan Respublikasının mülki, mülki prosessual, əmək, inzibati, vergi hüququnun əsasları üzrə müəyyən biliklərə malik olmaq.
Vəzi̇fəyə Olan Tələblər:
- Ali hüquq təhsil;
- Korporativ hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi üstünlük təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” göstərməyiniz xahiş olunur.
Əlaqə üçün:
Telefon: (012) 598 44 88;
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Ümumi audit şöbəsinin meneceri
Son tarix 20 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bank fəaliyyətinin tənzimlənməsi üzrə əməkdaşlar tərəfindən normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasının auditini aparmaq;
- Bütün strukturlar üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
- Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparır.
- Bank sistemində mövcud olan risklərin və bütün növ bank əməliyyatlarının auditini aparmaq;
- Maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
- Aparılan auditlər zamanı aşkar olunan nöqsanların təhlilini etmək və hesabatları hazırlamaq;
- Şöbənin əməkdaşlarını idarə etmək və onların iş bölgüsünü təşkil etmək
Namizədə olan tələblər:
- İqtisadi və ya hüquqi təhsil;
- Minimum 5 il bank təcrübəsi;
- Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
- Komandada işləmək bacarığı;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- MS Office proqramlarında keyfiyyətli işləmək bacarığı;
- Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
- Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyi;
- Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “ Ümumi Audit Şöbəsinin meneceri” göstərməyiniz xahiş olunur.
Əlaqə üçün:
Telefon: (012) 598 44 88;
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.
Kiçik-Orta Biznes təhlil şöbəsinə Baş anderrayter
Son tarix 20 okt 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Filiallardan daxil olan kredit layihələrin qaydalara uyğun ilkin təhlilini həyata keçirmək;
- Layihələri müvafiq kredit komitələrinə təqdim etmək;
- Ehtiyac olunduğu halda layihələr üzrə əlavə araşdırmalar aparıb məlumatları kredit komitəyə təqdim etmək;
Vəzi̇fəyə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və biznesin idarə olunması üzrə olması arzuolunandır);
- Bu və yaxud oxşar sahələrdə azı 2 il iş təcrübəsi;
- Analitik düşüncəyə malik olması;
- Komandada işləmək bacarığı;
- Kommunikasıya, təşkilatşılıq və təqdim etmə bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş anderrayter ” qeyd edərək göstərməyiniz xahiş olunur.
Əlaqə üçün:
Telefon: (012) 598 44 88;
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33