Rabitabank OJSC
Büdcə şöbəsinə Şöbə Rəisi
Son tarix 19 sen 2023
Vəzifə öhdəlikləri:
- Bankın strateji baxış, hədəfləri, missiya hesabatı üzrə dəyişikliklərin ediməsi və təkliflərin verilməsi;
- Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasının həyata keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması və qiymət siyasəti barədə təkliflərin verilməsi;
- Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
- Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
- Proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
- Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Struktur bölmələrdən toplanmış büdcə layihələrinin təhlil edilməsi.
- Büdcənin səmərəliliyi, maliyyə göstəricilərinin analizi və s. hesabatların hazırlanması;
- Komandada işləmək bacarığı;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Maliyyə və mühasibatlıqda rəhbər vəzifə üzrə azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə maliyyə bilikləri;
- Böyük məlumat bazası ilə işləmək bacarığı;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili;
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat etmə bacarığı;
- Komanda şəklində çalışma və idarəetmə qabiliyyəti;
- Yüksək səviyyədə Excel və Power Point bilikləri;
- Oracle SQL sorğu dili ilə işləmək bacarığı;
- BI Tools (Micro Strategy, Power BI);
- Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatlara malik olan namizədlərə üstünlük verilir (məs.CIMA, ACCA, CFA level 1)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18.09.2023-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində “Büdcə şöbəsinə Şöbə rəisi” yazaraq göndərə bilərlər
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33