Rabitabank OJSC
Əməliyyat bölməsinin meneceri (Naxçıvan şöbəsi)
Son tarix 01 apr 2023 - [email protected]
Əsas vəzifələr:
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər verir;
- Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə müştərilərin hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və təsdiq üçün Filial/Şöbə rəhbərinə təqdim edir;
- Ödəniş tapşırıqlarını bank sistemində bank tərəfindən təyin edilmiş limitlər çərçivəsində təsdiq edir;
- Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabları açılmasının təsdiqi;
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı hesab üzrə aparılan əməliyyatlar haqqında məlumat verir, hesablar üzrə çıxarışları hazırlayır və müştəriyə təqdim edir;
- Müştəri haqqında əldə edilən yeni məlumatların bank proqramına daxil edilməsinə nəzarət (əlaqə nömrəsi, elektron ünvanı və s.);
- Bank tariflərinə uyğun olaraq müştərilərdən xidmət haqqı tutulmalara nəzarət edir;
- Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəncamların silinməsini (sistemə daxil edilməsini) yoxlayır;
- Əməliyyatlar üzrə sənədləşmənin aidiyyatı qovluqlara yerləşdirilməsini yoxlayıb tamlığına məsuliyyət daşıyır;
- Baş ofisin qeyri-kredit məhsulları sahəsində keçirdiyi layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;
- Baş ofisin müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir;
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
- Əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
- MS Office proqramında peşakar işləyə bilmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək,;
- Yüksək ünsiyyətqurma bacarığı;
- İdarə edə bilmək və təşkilatçılıq bacarığı;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
- Problemləri həll etmə bacarığı;
- Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Məsuliyyətli, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Naxçıvan şöbəsi \Əməliyyat bölməsinin meneceri göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33