Rabitabank OJSC
Hüquqi şəxslər üzrə aparıcı əməliyyatçı
Son tarix 01 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən və Hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
- Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının sərəncamlarının icrasını təmin etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadi olması arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqi şəxslər üzrə aparıcı əməliyyatçı” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.