Müştəri xidməti strukturlarının auditi şöbəsinin Baş auditoru
Son tarix 10 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Bank fəaliyyətinin tənzimlənməsi üzrə əməkdaşlar tərəfindən normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasının auditini aparmaq;
-
Bütün strukturlar üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
-
Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparır.
-
Bank sistemində mövcud olan risklərin və bütün növ bank əməliyyatlarının auditini aparmaq;
-
Maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
-
Aparılan auditlər zamanı aşkar olunan nöqsanların təhlilini etmək və hesabatları hazırlamaq;
Namizədə olan tələblər:
-
İqtisadi və ya hüquqi təhsil;
-
Minimum 4 il bank təcrübəsi;
-
Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
-
Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
-
Komandada işləmək bacarığı;
-
Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
-
MS Office proqramlarında keyfiyyətli işləmək bacarığı;
-
Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
-
Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyi;
-
Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidməti strukturlarının auditi şöbəsinin Baş auditoru” göstərməyiniz xahiş olunur.