Rabitabank OJSC
İctimai əlaqələr üzrə menecer
Son tarix 05 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Bankın ictimaiyyətlə əlaqələr siyasətini təmin etmək, bank fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Bank tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə tam və effekli çatdırılmasını təmin etmək, bununla əlaqədar dolğun və düzgün press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlamaq;
- İctimaiyyətlə əlaqələr sahəsində bankdaxili normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
- Bankın fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda bankın strukturlarının iştirakı ilə cavab hazırlamaq, təhrif hallarının aradan qaldırılması və gələcəkdə yaranmaması üçün zəruri tədbirlər görmək;
- Bankın tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil etmək;
- Bankın rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, media nümayəndələri, müştərilər üçün açıq qapı günlərinin, press-turların, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək və Bank tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin etmək;
- Bankın rəsmi internet saytının, habelə bankın ayrıca məhsullarının təbliği, bank fəaliyyətinin işıqlandırılması və müştərilərlə əlaqələrinin təkmilləşdirilməsi üçün tərtib olunmuş və ya gələcəkdə hazırlanması planlaşdırılan digər bütün daimi və müvəqqəti internet saytlarının və sosial şəbəkələrdəki səhifələrinin mütəmadi olaraq yenilənməsini təmin etmək və ya bankın çalışdığı üçüncü tərəflərlə birgə koordinasiya etmək;
- Bankın filial açılışlarının, yubiley və nailiyyətlərinin qeyd olunması məqsədilə rəhbərlik və KİV nümayəndələrinin iştirakı ilə tədbirlərin, həmçinin xüsusi günlərin, bayramların qeyd olunması üçün bankdaxili korporativ tədbirlərini təşkil etmək;
- Bankın fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə bank rəhbərliyinə məlumat verilməsini təmin etmək;
- Bankın fəaliyyətinə dair media, video və foto materialların arxivini təşkil etmək, mövcud arxivin qorunmasını təmin etmək;
- Bankın adından açıqlanacaq bütün məlumatların bankın rəhbərliyi ilə razılaşdırmaqla Kütləvi İnformasiya Vasitələrində yerləşdirilməsini həyata keçirmək;
Namizədə olan tələblər:
- Marketinq, İctimaiyyətlə Əlaqələr, Jurnalistika, biznes və ya maliyyə sahələrində ali təhsilin olması;
- Marketinq, jurnalistika və ya ictimaiyyətlə əlaqələr sahəsində ən az 3 – il iş təcrübəsinin olması;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Dil bilikləri: Azərbaycan və İngilis sərbəst, Rus dili arzuolunandır;
- Komandada və fərdi işləmək qabiliyyətinin olması;
- Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.10.2023-cü il tarixinə qədər göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “PR-Ekspert/Menecer” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Marketinq Kommunikasiyaları üzrə menecer
Son tarix 21 okt 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Bank strukturlarının reklam və promo məhsullarına ehtiyacını müəyyən etmək;
- Bankın effekli, cəlbedici reklam vasitələrinin yerləşdirilməsi, formatı və tərkibi barəsində təkliflər hazırlamaq;
- Bankın müxtəlif məhsul və xidmətləri üzrə reklam materiallarının dizayn konseptinin hazırlanmasında iştirak etmək;
- İllik Marketinq büdcəsinin hazırlanmasında və düzgün idarə olunmasına iştirak etmək;
- Rəhbərlik tərəfindən təsdiqlənmiş büdcəyə əsasən bankın illik reklam və kommunikasiya planının hazırlanmasında iştirak etmək və yüksək səviyyədə icrasını təmin etmək;
- Təsdiqlənmiş məhsul və xidmətlərin işə salınması üçün lazımı zəruri və təxirəsalınmaz işlərin görülməsini təmin etmək;
- Yeni məhsul və xidmətlər, filial şəbəkələrinin inkişafı və ya ixtisarı, müştəri şəbəkəsinin genişləndirilməsi və müştəri xidmətinin yaxşılaşdırılmasına dair təkliflər vermək;
- Filial şəbəkəsində korporativ standartların qorunub saxlanmasına nəzarəti təşkil etmək;
- Bankın struktur bölmələri tərəfindən təşkil olunan korporativ və digər tədbirlərin həyata keçirilməsində marketinq dəstəyinin göstərilməsini təmin etmək;
- Departamentin iş planının hazırlanmasında və onun icrasında birbaşa iştirak etmək;
- Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək;
- Bankın marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar araşdırmasının həyata keçirilməsində iştirak etmək;
- Rübün sonunda aparılmış analizlərin nəticələrinə əsasən qeyri-effektiv reklam kanallarını müəyyənləşdirmək və nəticələrini növbəti rübün planı və İllik Marketinq Planı tərtib olunan zaman nəzərə almaq;
- Promo məhsulların sifarişi və o cümlədən filialların ümumi vizual görünüşü ilə bağlı kompleks işləri icra etmək;
- Marketinq kampaniyasının hazırlanması prosesində iştirak etmək;
Namizədə olan tələblər:
- İqtisadi və ya marketinq sahəsində ali təhsil;
- Marketinq sahəsində ən azı 4 il iş təcrübəsi;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
- Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
- Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
- Gərgin şəraitdə işləmə qabiliyyəti;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.10.2023-cü il tarixinə qədər göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq Kommunikasiyaları üzrə menecer” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Korporativ Hüquq Şöbəsinə Hüquq məsləhətçisi
Son tarix 05 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Kreditlər və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bank fəaliyyəti ilə əlaqədar müvafiq məhsullar üzrə müqavilələri, standart şərtli müqavilələri və digər müqavilələri hazırlamaq;
- Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
- Bankda təchizat və satınalma işinin təşkili ilə əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bütün növ bank əməliyyatları ilə bağlı müvafiq struktur bölmələrdən daxil olan sorğuları cavablandırmaqla hüquqi dəstək göstərmək;
- Azərbaycan Respublikasının Qanunvericiliyinin əsaslarını, bank fəaliyyətinə dair normativ hüquqi aktları bilmək;
- Azərbaycan Respublikasının mülki, mülki prosessual, əmək, inzibati, vergi hüququnun əsasları üzrə müəyyən biliklərə malik olmaq;
Namizədə olan tələblər:
- Ali hüquq təhsili;
- Korporativ hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi üstünlük təşkil edir;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.10.2023-cü il tarixinə qədər göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq məsləhətçisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33