Rabitabank OJSC
Kart məhsulları və xidmətlərin inkişafı şöbəsində Aparıcı/Baş mütəxəssis
Son tarix 22 may 2024 - Müraciət et
“Rabitəbank” ASC Kart əməliyyatları departamentinin Kart məhsulları və xidmətlərin inkişafı şöbəsində Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Kart məhsulları üzrə aylıq/rüblük hesabatların hazırlanması;
- Müxtəlif müştəri seqmentləri üçün nəzərdə tutulan kart biznesinə yönəlmiş kompleks məhsulların hazırlanması və təqdim edilməsində iştirak etmək;
- Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı daimi təhlil etmək;
- Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;
- Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
- Kart məhsulları və xidmətlərinin reklamı və marketinqi üçün təkliflər hazırlamaq;
- Beynəlxalq və yerli Ödəniş Sistemlərinin nümayandələri ilə daimi və keyfiyyətli əlaqələri qurmaq;
Tələblər:
- Analitik bacarıqlar;
- Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;
- İngilis dili/Rus dili biliklərin olması arzuolunandır;
- Problemləri həll etmə bacarığı;
- Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;
Mərkəzi anderraytinq şöbəsində Online kreditləri üzrə Aparıcı/Baş mütəxəssis
Son tarix 22 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Online satış kanalları vasitəsilə daxil olan sifarişlər üzrə sifarişçilərlə əlaqə saxlamaq, sifariş barədə məlumatlar əldə etmək;
- Bankın istehlak kredit məhsulu barədə sifarişçiyə ətraflı məlumat vermək;
- Kredit müraciətlərini qiymətləndirmək və borcalanın ödəniş qabililiyyətinin müəyyən etmək;
- Müştərinin maliyyə analizini həyata keçirmək;
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
- Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
- Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək;
Tələblər:
- Ali təhsil;
- Kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- Operativ və düzgün qərarvermə qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı.