Rabitabank OJSC
İşə qəbul və qiymətləndirmə şöbəsinin Aparıcı/Baş mütəxəssisi
Son tarix 30 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bankda yaranmış vakant iş yerlərinin doldurulmasını təmin etmək;
- Mövcud və gələcək işçi ehtiyaclarını müəyyən edərək, namizədlərin rezerv bazasının formalaşdırılmasını va onun mütəmadi olaraq yenilənməsini təmin etmək;
- Yeni işçilərin adaptasiya prosesinin koordinasiyası, sınaq müddətlərinin izlənilməsi və həmin müddət ərzində işə qəbul qaydalar üzrə nəzərdə tutulmuş zəruri fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
- Namizədlərin banka cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, gənc namizədlər üçün müxtəlif lahiyələri hazırlamaq və təşkil etmək, ali təhsil müəssisələri ilə aktiv işləmək, vakant yerlərinə dair elanların hazırlamaq və müxtəlif saytlarda yerləşdirmək və s.);
- Bankın İşə qəbul qaydalarına müvafiq olaraq uyğun namizədləri seçmək, onlar məntiq/seçim testlərinə və müsahibələrə dəvət etmək, müsahibələri təşkil etmək və aparmaq, zərurət yarandıqda namizədlər haqqında rəy sorğusunu həyata keçirmək və bu qaydalardan irəli gələn digər zəruri fəaliyyatlərinin həyata keçirilməsini təmin etmək;
- Bankda təcrübə prosesinin koordinasiyasını həyata keçirmək və bununla bağlı zəruri fəaliyyatləri həyata keçirmək;
- İşə qəbul zamanı istifadə edilən məntiq/seçim testlərinin mütəmadi olaraq yenilənməsini təmin etmək.
Namizədə olan tələblər:
- Ali təhsilin olması (İnsan resurslarının idarə edilməsi, hüquq, psixologiya üzrə arzuolunandır);
- Müvafiq və yaxud oxşar sahədə minimum 2 illik iş təcrübəsi;
- Analitik düşüncə;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Liderlik və idarəetmə bacarığı;
- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
- Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyillilik;
- Öyrənməyə və şəxsi inkişafa meyillilik;
- Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini yüksək səviyyədə bilmək;
- MS Word, Excel, PowerPoint və tələb olunan digər proqramlarda işləmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “işə qəbul üzrə Aparıcı/Baş mütəxəssisi” yazaraq göndərə bilərlər.
Nəzərinizə çatdırmaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33